SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Biləsuvarda qəzada ölənlərin sayı 5-ə çatdı. - Yenilənib

Biləsuvarda qəzada ölənlərin sayı 5-ə çatdı. - Yenilənib

Tarix:

20-09-2017, 12:11

/ 56 401 dəfə oxundu.
Biləsuvarda qəzada ölənlərin sayı 5-ə çatdı. - Yenilənib

Biləsuvarda daha bir dəhşətli qəza baş verib. Hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili və "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində 4 nəfərin öldüyü və bir nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb, lakin idarəetməni itirərək yol kənarında duran "KamAZ" markalı yük maşınına çırpılıb.

Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb. Ölən şəxslərin Lənkəran sakinləri olduğu bildirilir.

Ölən və xəsarət alan şəxslərin kimliyi və qəzanın digər təfərrüatları müəyyənləşdirilir.

Şərhlər

XƏBƏR LENTİ