XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Sabirabadda baş verən qəzada bir ailənin iki üzvü öldü

Sabirabadda baş verən qəzada bir ailənin iki üzvü öldü

Sabirabadda baş verən qəzada bir ailənin iki üzvü öldü
21-11-2017, 14:14

Sabirabadda “Mercedes”lə “KamAZ” toqquşması nəticəsində xəsarət alan şəxslərdən daha biri ölüb.

Hadisədə xəsarət alan sürücü, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlu Sabirabad Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsində keçinib.

***

20.11.2017 (10:21)

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub.

Hadisə nəticəsində ölən və xəsarət alanlar bir ailənin üzvləridir.

Hadisə nəticəsində Beyləqan rayon sakini, 1995-ci il təvəllüdlü Cavadzadə Fidan Şamil qızı ölüb, onun bacısı, 1992-ci il təvəllüdlü Sahilə Cavadzadə, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlu və 1967-ci il təvəllüdlü Xanzanova Həqiqət Paşa qızı ağır xəsarətlər alıb.

09:47

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhramtəpə magistralının Sabirabad rayonu Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.

Qatı dumanlı havada “Mercedes” markalı, 10 MJ 199 dövlət nömrə nişanlı avtomobil “Kamaz” markalı, 10 HA 559 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.