SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanlı müğənninin həyat yoldaşı İNTİHAR ETDİ

Azərbaycanlı müğənninin həyat yoldaşı İNTİHAR ETDİ

Tarix:

2-04-2022, 15:15

/ 639 dəfə oxundu.
Azərbaycanlı müğənninin həyat yoldaşı İNTİHAR ETDİ

 
Müğənni Tuncay Bərdəlinin həyat yoldaşı Nuray intihar edib.

Bu barədə Lent.az-a müğənni özü məlumat verib.

O bildirib ki, hazırda xanımının vəziyyəti ağırdır:

"Nuray xeyli dərmanlar qəbul edib. Hazırda təcili yardımla xəstəxanaya aparılır. Mən verilişə çıxmağa hazırlaşanda mənə səs atdı ki, özümü öldürəcəyəm. Tez qaçıb gəlmişəm. Bunun günahı mənim evimdən oğurluq edən xadimədədir. O qadın efirdə mən və mənim ailəm haqqında ağzına gələni deyib. Guya mən onunla münasibət də olmuşam. Bilmirəm o qadının bu qədər şey etdikdən sonra azadlıqda gəzməsi necə olur".

Qeyd edək ki, bir müddət öncə T.Bərdəlinin evində oğurluq olub. İfaçı iddia etmişdi ki, oğurluğu evində çalışan qulluqçu Günel Məmmədova edib.

Qulluqçu isə "Elgizlə izlə" verilişində ittihamları təkzib edərək, Tuncayın həyat yoldaşı barədə xoş olmayan sözlər və iddialar irəli sürmüşdü.

Əlavə məlumat veriləcək.

Şərhlər

XƏBƏR LENTİ