Keçmiş əri Tünzaləyə cavab verdi: “Ona elə sözlər deyərdim ki...”
Xalq artisti Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı, rejissor Rəhman Əliyev barədə dedikləri cavabsız qalmayıb.
R.Əliyev keçmiş həyat yoldaşı T.Ağayeva barədə bu sözləri deyib:
“Mənim indi o qadını düşünməyə, müzakirə etməyə zamanım yoxdur. Onun mənimlə bağlı sonuncu açıqlaması sosial şəbəkələrdə paylaşıldı. Həmin paylaşımların altında yazılan rəylərə diqqət yetirsəniz, görəcəksiniz ki, insanlar mənim yerimə onun cavabını verib. Bu gün ona elə sözlər, elə açıqlamalar verərdim ki... Amma ortada qızımız var. Övladıma görə ona dillənmirəm. Susmağım, artıq sözlər deməməyim ona cavab olsun”.
Qeyd edək ki, T.Ağayeva “Dəyişən cavab” verilişində keçmiş həyat yoldaşı R.Əliyev barədə bu sözləri demişdi:
“O, övladının anası, ömür-gün yoldaşı Tünzalənin şəxsiyyətinə hörmətsiz yanaşdı. Bax, həmin anda ondan tamamilə qırıldım. Çox ehtiyatsız, kişiyə yaraşmayan bir hərəkət etdi. "Mənlə yaşamırdısa, həyat məhv olmalıdı" deyə, düşünürdü. Mənim haqqımda mediada xəbərlər yazdırırdı, onlara pul verirdi, imicimə xələl gətirmək istəyirdi".Lent.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...