SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Həbs edilən sabiq icra başçısının cəzası AZALDILDI

Həbs edilən sabiq icra başçısının cəzası AZALDILDI

Tarix:

12-01-2022, 13:42

/ 639 dəfə oxundu.
Həbs edilən sabiq icra başçısının cəzası AZALDILDI

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, sabiq icra başçısının səhhəti nəzərə alınaraq həbs müddəti 6 ilə endirilib.
Qeyd edək ki, Qoca Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Sabiq icra başçısı bir neçə gün əvvəl Mərkəzi Klinikaya yerləşdirilərək ikinci dəfə ürək əməliyyatı olunub. Hazırda müalicəsi davam etdirilir.
Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilib.

Şərhlər

XƏBƏR LENTİ