XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Vətən Müharibəsi iştirakçısına cinayət işi açıldı

Vətən Müharibəsi iştirakçısına cinayət işi açıldı

Vətən Müharibəsi iştirakçısına cinayət işi açıldı
31-05-2021, 16:39

Azərbaycanda Vətən Müharibəsi iştirakçısına cinayət işi açılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Səmədov Sahib Mehralı oğlu Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq-təkrar tördildikdə) maddəsi ilə ittiham olunur.
İşə İmişli rayon məhkəməsində hakim Tərlan Nüsrətovun sədrliyi ilə baxılacaq. Məhkəmə prosesində Hüseynov Arif Mikayıl oğlu, Əhmədov Famil Əşrəf oğlu, Astanov Vidadi Surxay oğlu, Nəcəfov Elxan İsmayıl oğlu, Əliyev Mürsəl Mütəllim oğlu və Həsənov Rəhman Qara oğlu zərərçəkmiş şəxs qismində çıxış edəcəklər. 
Qeyd edək ki, S.Səmədov Vətən Müharibəsində torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.

XalqXeber.Az
ƏN ÇOX OXUNANLAR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.