XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Keçmiş rəisə cinayət işi açıldı – Dələduzluq edib

Keçmiş rəisə cinayət işi açıldı – Dələduzluq edib

Keçmiş rəisə cinayət işi açıldı – Dələduzluq edib
7-04-2020, 14:57

Əmlak Məsələləri Dövlət Komitəsi Dövlət Reyestr Xidmətinin Şamaxı regional şöbəsinin keçmiş rəisinə dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

"Yeni Sabah”a istinadən məlumata görə, Yasamal Rayon Polis İdarəsində keçmiş rəis Bayramov Kamil Meydər oğlu və Dadaşov Anar Akif oğluna Cinayət Məcəlləsinin 178.2.1-ci ( bir qrup şəxsə qarşı dələduzluq etmə) maddəsi ilə cinayət işi başlayıb. Cinayət işində Zeynalov Sədi Mirhatəm oğlu, Alnuradov Elşad Vəfa oğlu, Dadaşova Zenfira İbrahim qızı, Quliyev Rafiq Hüseyn oğlu, Şirəliyev Baləli Güləli oğlu, Ağayev Nazim Mansur oğlu, Babayev İlqar Ələskər oğlu, Süleymanov Süleyman Əliş oğlu və Əliyev Ağalar Bilman oğlu zərərçəkmiş qismində tanınıblar.

Cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Günel Əkbərlinin icraatına verilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.