Şəki və Balakən sakinlərindən narkotik vasitələr götürüldü
Şəki və Balakən sakinlərindən narkotik vasitələr götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə saxlamaqda şübhəli bilinən rayonun Əlyar kənd sakini 24 yaşlı Sadiq Əhmədzadə saxlanılıb. Şəxsi axtarış keçirilən zaman onun üzərindən 320 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qullar kənd sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Cəbrayıl Nastakalov saxlanılıb.
C.Nastakalovun üzərinə şəxsi axtarış keçirilən zaman 29,16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...