XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Azərbaycanda jurnalist vəhşicəsinə döyüldü

Azərbaycanda jurnalist vəhşicəsinə döyüldü

Azərbaycanda jurnalist vəhşicəsinə döyüldü
20-02-2021, 14:05

Dünən axşam saatlarında, Hakimiyyet.Az informasiya agentliyinin baş redaktoru Fuad Əliyev naməlum şəxslər tərəfindən təqib edilərək, hücuma məruz qalmışdır. Belə ki, 10 MC 200 dövlət qeydiyyat nişanlı BMW 540 markalı avtomobildə olan naməlum şəxslər jurnalistin idarə etdiyi avtomobili H.Əliyev prospektindən təqib edərək yolda konfilikt yaratmaq üçün avtomobilə süni maneə yaratmışdır. Bu zaman Baş redaktor F.Əliyev siqnalla etirazını bildirsədə avtomobili saxlatdırmaq üçün jurnalistin maşınının arxası ilə təqib edərək, sıxıb saxlatdırıblar. Maskasız olan naməlum şəxslər, avtomobili saxlatdırdıqdan sonra jurnalistin idarə etdiyi avtomobilə yaxınlaşaraq, heç bir şey demədən yumruq zərbələri ilə xəsarətlər yetirməyə başlayıblar.
Bu anı lentə alan həmkarımızın telefonu əlindən alınaraq, video görüntünü silməyə çalışıblar. Lakin istəklərinə nail ola bilməyiblər.
Buradan belə qənaətə gəlmək olur ki, bu hadisə sifarişli şəkildə hansısa məmur tərəfindən qəsdən törədilib! Onu da qeyd edək ki, jurnalistin avtomobilinə ziyan dəyib. Həmçinin jurnalist üz, alın, dodaq və qarın nahiyyəsindən zərbələr alıb. Qanlar içində qaldığını görən jurnalist dərhal 102 məlumatı verib. Jurnalistin Xalqxeber.Az- verdiyi məlumata görə, bu gün səhər saatlarında Məhkəmə Tibbi Ekspertiza komissiyasından keçib. Məsələ ilə bağlı Ölkə başçısı cənab İlham Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət olunub. İnanırıq ki, bu şəxslər tez bir zamanda tapılaraq, istintaqa cəlb ediləcək ictimaətə geniş məlumat veriləcək. İctimai yerdə açıq şəkildə xuliqanlıq əməlini törədən şəxslər jurnalistin peşə fəaliyyətinə, nüfuzuna zərər verilməməsi üçün hüquq-mühafizə orqanları tərəfindən layiqli cəzalarını alacaqlar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.