XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Aİ-nin Azərbaycandakı səfirinin avtomobili qəzaya düşdü

Aİ-nin Azərbaycandakı səfirinin avtomobili qəzaya düşdü

Aİ-nin Azərbaycandakı səfirinin avtomobili qəzaya düşdü
19-10-2017, 17:45

Avropa İttifaqın Azərbaycankı Nümayəndəliyinə məxsus avtomobil qəzaya düşüb. Hadisə Bakının Yasamal rayonu ərazisində qeydə alınıb.

Avropa İttifaqının Bakıdakı Nümayəndəliyinə məxsus, Fuad Abbasovun idarə etdiyi “Audi” markalı, 050 D 001 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Afiqə Abbasovanın idarə etdiyi “Nissan” markalı maşınla toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki maşına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.