XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » İş adamı Anar Əliyev Moskvada güllələndi / VİDEO

İş adamı Anar Əliyev Moskvada güllələndi / VİDEO

İş adamı Anar Əliyev Moskvada güllələndi / VİDEO
22-02-2018, 17:42

Rusiyanın paytaxtı Moskva şəhərində iş adamı Anar Əliyev güllələnib.

Sui-qəsd anınının videosunu Mash teleqram-kanalı yayıb.

Anar Əliyev "Lexus" avtomobili ilə parkinqdən çıxarkən naməlum şəxs ona güllə atıb.

Avtomobil iş adamının evinin yanında olub. Yol ayrıcında naməlum şəxs avtomobilə tərəf qaçaraq sürücünün başına güllə atıb.

Hadisədən dərhal sonra bilinib ki, killer Azərbaycandan olan iş adamı Anar Əliyevi ağır yaralayıb. İş adamı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.