XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Xaçmazda quldurluq edən şəxs saxlanıldı

Xaçmazda quldurluq edən şəxs saxlanıldı

Xaçmazda quldurluq edən şəxs saxlanıldı
11-02-2021, 11:50

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xaçmaz rayonu ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birində operator işləyən E.Quliyev Rayon Polis Şöbəsinə müraciət edərək, fevral ayının 10-da gecə saat 03:30 radələrində bir nəfər şəxsin ona bıçaqla hədə-qorxu gəldiyini və üzərində olan 1450 manat pulu quldurluq yolu ilə ələ keçirdiyini bildirib.

Polis əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə E.Quliyevə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Sərxan Qabulov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi pulların bir qismini xərclədiyini bildirib. Polis əməkdaşları tərəfindən 700 manat pul isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.