SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Tarix:

15-01-2021, 11:00

/ 536 dəfə oxundu.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 14-də törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılmışdır.

Şərhlər

XƏBƏR LENTİ