SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Tarix:

12-12-2019, 11:33

/ 837 dəfə oxundu.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

2019-cu il dekabr ayının 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 16 cinayətin üstü “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılmışdır.

Şərhlər

XƏBƏR LENTİ