XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Azərbaycanda DƏHŞƏT: Kişi arvadını güllələdi

Azərbaycanda DƏHŞƏT: Kişi arvadını güllələdi

Azərbaycanda DƏHŞƏT: Kişi arvadını güllələdi
4-08-2020, 11:18

Avqustun 4-də saat 01 radələrində Qazax rayonu ərazisində 1973-cü il təvəllüdlü Maral Osmanlının güllələnməsi və aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olmuşdur.

Qazax rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin əri Ayaz Osmanlının təmizlik işləri apararkən təklülə ov tüfəngini açmaq istəyərkən barmağının tətiyə toxunaraq atəş açılması nəticəsində qarşısında dayanan arvadı Maral Osmanlıya xəsarət yetirərək onu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr yaranmışdır.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.