Bakıda məktəb direktoru faciəli şəkildə ölüb.
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə İnşaatçılar prospekti, 33A ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Polad Hüsnü oğlu Əjdərov yıxılaraq ölüb.
Polisdən bildirilib ki, P. Əjdərov məktəb direktoru olub.
Məlumata görə, o, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi 2 ünvanında yerləşən 72 nömrəli məktəb-liseyin direktoru vəzifəsində çalışıb.