SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Həbsdə olan məktəb direktoru öldü

Həbsdə olan məktəb direktoru öldü

Tarix:

1-11-2017, 17:23

/ 58 459 dəfə oxundu.
Həbsdə olan məktəb direktoru öldü

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

Hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan, Böyükxan Nağıyev xəstəlikdən ölüb.

B. Nağıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2013-cü ildə keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Cəlilabadda uzun müddət məktəb direktoru və ədəbiyyat müəllimi işləyən B. Nağıyev İrandan qanunsuz yolla Azərbaycana keçirilən külli miqdarda narkotik vasitəni Zaqatala rayonu ərazisində satarkən tutulub.

O, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

XƏBƏR LENTİ