SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Tələbə qız evlənmək istəmədiyi üçün intihar edib

Tələbə qız evlənmək istəmədiyi üçün intihar edib

Tarix:

5-06-2020, 12:12

/ 1 415 dəfə oxundu.
Tələbə qız evlənmək istəmədiyi üçün intihar edib

Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub.

Bu barədə məlumatı ADPU-nun rektor müşaviri Ümid Mehdiyev verib.

O bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı: “Heç bir kəsri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu.

Tələbə yoldaşlarının sözlərinə görə, istəmədiyi adamla ailə həyatı qurmağa məcbur edildiyi üçün, təəssüf ki, çıxış yolunu bu addımda görüb”.

Qeyd edək ki, G. Nağıyeva özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ