SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda universitetdə CİNAYƏT: Gənc oğlan tələbə yoldaşını tualetdə...

Bakıda universitetdə CİNAYƏT: Gənc oğlan tələbə yoldaşını tualetdə...

Tarix:

4-12-2018, 12:42

/ 1 541 dəfə oxundu.
Bakıda universitetdə CİNAYƏT: Gənc oğlan tələbə yoldaşını tualetdə...

Bakıda universitetdə bıçaqlanma hadisəsi baş verib.

Publika.az-a istinadən xəbər veririk ki, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetinin əsas binasının sanitar qovşağında 3-cü kurs tələbəsi İbrahimov Rəşad Akif oğlu tələbə yoldaşını bıçaqlayıb.

Müxtəlif dərəcəli xəsarətlər alan 1995-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu qan içində xəstəxanaya aparılıb.

Kürək və qarın nahiyəsindən daxilə nüfuz etmiş ağır xəsarətlər alan Yusif Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Şərhlər

XƏBƏR LENTİ