"Müdirəm" deyib qovdu, xəstə gedib evində öldü — TƏRTƏRDƏ ŞOK HADİSƏ - VİDEO
Tərtər rayonunda həkim xəstəni müayinə etməkdən imtina edib və xəstə evə gedən kimi dünyasını dəyişib.
Məlumata görə, dünən Tərtər Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin müdiri Gülarə Əhmədova Sadiq adlı şəxs tərəfindən edilən müraciəti rədd edib. Bildirib ki, o, şöbə müdiridir və xəstə müayinə edə bilməz. Bundan sonra evə gedən xəstə ürək tutmasından keçinib.
Əldə etdiyimiz məlumata görə, hadisədən sonra xəstəxanada vəfat edən şəxsin qohumlarıyla G.Əhmədova arasında münaqişə yaranıb.
Xatırladaq ki, bu, ixtisasca kardioloq olan Gülarə Əhmədova ilə bağlı ilk belə hal deyil. Rayon icra başçısı Müstəqim Məmmədovun yaxın adamı kimi tanınan Əhmədovanın hətta baş həkim Yaşar Hüseynovu saymadığı barədə də mətbuatda məlumatlar yer alıb.
Sonda şöbə müdiriylə pasiyentlər arasında bir müddət öncə düşən davanın videosunu da təqdim edirik. Görüntülərdə bir kişi ondan hansısa sənəd üçün 20 manat tələb olunduğunu və bu səbəbdən "süründürüldüyünü" söyləyir.
Mövzunu diqqətdə saxlayacağıq.
ölkə.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...