
Penitensiar Xidmətin Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında ölüm faktı qeydə alınıb. Oğurluqda təqsirləndirilərək saxlanılan 1988-ci il təvəllüdlü Bayramov Samir İlyas oğlu təcridxanada özünü mələfə ilə asaraq intihar edib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.