Artıq gələn həftə məhkəməyə gəlməlidirlər
Talassemiyalı uşaqların müalicəsi üçün toplanmış pulları ələ keçirmə ittihamı ilə həbs edilən Nuridə Seyidova və iki işçisi - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfinin təqdim etdiyi bütün şahidlər dindirilib.
Prosesin davamında Aynur Bayramovanın səhhəti ilə bağlı ev dustaqlığına buraxılması istənilib. Vəsatət bu dəfə də təmin edilməyib.
Əvvəlki prosesdə zərərçəkmişlər işdə adı keçən üç həkimin əlavə şahid kimi dindirilməsini istəmişdi. Bunlar Mərkəzi Gömrük Hospitalının cərrahı Mir Cəlal Kazımi, hadisə baş verən vaxt Talassemiya Mərkəzinin baş həkimi işləmiş Xuraman Cəfərova, mərkəzin ovaxtkı direktoru Valeh Hüseynovdur.

Bu gün istintaq materiallarının tədqiqinə keçməzdən əvvəl xanım müttəhimlər həmin vəsatəti yada salıblar. Onlar sözügedən şəxslərin dindirilməsinin vacib olduğunu deyiblər.
Məhkəmə təqsirləndirilən şəxslərin təklifi ilə razılaşıb. Hakim Azad Məcidov həkimlərin dindirilməsini iş üçün əhəmiyyətli hesab edib.
Qərara alınıb ki, Mir Cəlal Kazımi, Xuraman Cəfərova və Valeh Hüseynov gələn həftə üçün məhkəməyə çağırılsın. Onların iştirakını təmin etmək üçün proses təxirə salınıb.
Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.
XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır