Heydərovların “London macərası” başa çatdı - DETALLAR
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar tərəfindən 2008-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “United Enterprises International Limited” şirkəti ləğv olunur.
Londonda “10 Lower Thames Street, London, EC3R 6AF” ünvanında qeydiyyatda olan şirkət bu ilin fevral ayında ləğv olunduğunu elan edib və hazırda ləğvetmə prosesi davam edir.
Məlumat üçün bildirək ki, bu, Heydərov qardaşlarının Londonda ləğv olunan sonuncu şirkəti olub. Belə ki, daha əvvəl Tale və Nicat Heydərovlar tərəfindən Londonda təsis olunan çoxsaylı şirkətlər ləğv olunub.
Nazir oğlanlarına məxsus olan və ləğv olunan şirkətlər bunlar olub:
Onu da qeyd edək ki, hazırda ləğv prosesində olan “United Enterprises International Limited” şirkətinə 2023-cü ilin noyabr ayından Azərbaycan vətəndaşı olan 1985-ci il təvəllüdlü Emil Sultanov rəhbərlik (direktor) edir. Emil Sultanov adlı şəxs Azərbaycanda da Tale və Nicat Heydərovlara bağlı olan çoxsaylı şirkətlərə rəhbərlik edir. Ötən ilin noyabr ayında Baş Prokurorluq Emil Sultanovun rəhbərlik etdiyi “Aqroinnova” MMC barəsində cinayət işi açıb.(Yeniavaz.com)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?