AQTA sədrinə məxsus olduğu deyilən şirkət 2 ildə 3 milyonluq tender qazanıb
Səhiyyə Nazirliyi "Medeks" şirkətindən 114 870 manat dəyərində laboratoriya avadanlığı və reagent alacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət nazirliyin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Artıq tərəflər arasında satınalma müqaviləsi də imzalanıb."Medeks" şirkəti 2008-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, məhəllə 1911-də yerləşən "Medeks" MMC-nin qanuni təmsilçisi Abbasov Elşən Yusif oğludur.
2008-ci ildən 2016-cı ilədək "Medeks" MMC-nin qanuni təmsilçisi Təhməzli Qoşqar İlahi oğlu olub. O, hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədridir.
Qoşqar Təhməzli bu vəzifəyə 2017-ci ildə təyin edilib. Onun tərcümeyi halında qeyd olunub ki, 2008-2016-cı illərdə "Medeks" MMC-nin baş direktoru vəzifəsində çalışıb.
Mediada gedən məlumatlarda isə iddia edilir ki, Qoşqar Təhməzli sözügeən şirkətin təsisçisidir.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, "Medeks" şirkəti 2023-2025-ci illərdə 6 satınalma müsabiəqsinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 3 714 012, 47 manatdır.
Qaynarinfo XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...