“AAAF Park”da təhlükəli vəziyyət
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində sakinlər avtomobil yolu ilə hətəkət etmək məcburiyyətində qalıb. Yaşayış kompleksində bütün səkilər zəbt edilib, obyekt sahibləri avtomobil yoluna qədər səkilərə piştaxtalar düzüblər.
Bu barədə danışan narazı sakinlər kimə və hara şikayət edəcəklərini də artıq bilmirlər. Sakinlər bildirib ki, səkilər tamamilə zəbt edilib. Onlar ancaq avtomobil yolu ilə hərəkət edirlər. Bəzi obyekt sahibləri hətta avtomobil yoluna da yeşiklər yerləşdiriblər. Bu da həm avtomobillər üçün, həm də sakinlər üçün hərəkəti çətinləşdirir.
Sakinlər bildirirb ki, problemlə əlaqədar Abşeron rayon İcra Hakimiyyəti, “AAAF İnşaat” rəhbərliyinə dəfələrlə müraciət də ünvanlayıb, narazılıqlarını bildiriblər. Lakin sakinlərin şikayətinə baxan yoxdur.
Sakinlərin sözlərinə görə, bu hal təkcə kompleksin həyətində yaşanmır. Xırdalanın əksər küçə və prospektlərində vəziyyət eynidir. Səkilərdə qanunsuz tikililər hərəkəti çətinləşdirib. Bu tikililər, səkilərin zəbt edilməsi səbəbindən insanlar işə, dərsə gedib gələrkən daim təhlükə ilə üzləşirlər.
Xatırladaq ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. Onun adı tez-tez qanunsuz tikili işində hallanır.
“AAAF Park” sakinlərinin göndərdiyi fotoları təqdim edirik:
Qarşı tərəfi dinləməyə hazırıq.Tribunainfo.az




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?