SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ənvər Seyidovun qardaşı oğlu həbs edildi - DƏLƏDUZLUQ EDİB

Ənvər Seyidovun qardaşı oğlu həbs edildi - DƏLƏDUZLUQ EDİB

Tarix:

6-03-2020, 02:15

/ 1 102 dəfə oxundu.
Ənvər Seyidovun qardaşı oğlu həbs edildi - DƏLƏDUZLUQ EDİB

Məşhur hakim Ənvər Seyidovun qardaşı oğlu Qabil Qiymət oğlu Seyidov dələduzluq etdiyinə görə həbs olunub.

Müxtəlif vətəndaşlardan məhkəmədə üzləşdikləri problemlərin həlli üçün xeyli miqdarda pul alan Qabil Seyidov ötən ilin ortalarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Araşdırmalar zamanı məlum olub ki, Q.Seyidov "Qala-BTX" və "Azər Mühafizə" MMC işi ilə bağlı həbs olunan şəxslərin qohumlarına söz verib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində gedən məhkəmə işlərinə kömək edəcək və bu məqsədlə onlardan müxtəlif məbləğlərdə pul alıb. Qarşı tərəf məhkəmənin yekun qərarından sonra aldadıldıqlarını görərək polisə üz tutublar.

Qeyd edək ki, Qabil Seyidov vətəndaşlardan pulu əmisinin Bakı Ağır Cinayətlər Məhkəməsində işləməyindən istifadə edərək alıb. Ötən ilin dekabr ayında isə istintaq yekunlaşaraq baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib və hakim Babək Pənahovun icraatına verilib.

Xatırladaq ki, Ənvər Seyidov ölkədə xeyli sifarişli hökmdə imzası olan məşhur hakim kimi tanınır. Ötən ilin mart ayında isə Ənvər Seyidov yaşla əlaqədar təqaüdə göndərilib.
(yenisabah)

Şərhlər

XƏBƏR LENTİ