Ənvər Seyidovun pensiya davası: Fondu məhkəməyə verdi
Bir xeyli siyasi hökmlərdə imzası olan məşhur hakim Ənvər Seyidov pensiya davası edir.
Bu barədə “Azadliq.info”ya məlumat verən mənbə bildirir ki, Ə.Seyidov pensiyasının artırılması üçün məhkəməyə müraciət edib.
“Ənvər Seyidov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib. Hesab edir ki, onun pensiyası düzgün hesablanmayıb. Bu ilin martında onun 70 yaşı tamam olandan sonra hakimlik fəaliyyətinə xitam verilib. Ənvər Seyidov işdən çıxandan sonra pensiyasının çox artacağını gözləyirdi. Amma gözlədiyi kimi olmayıb. Ona görə fondu məhkəməyə verib”, – deyə mənbə bildirib.
Məlumatda deyilir ki, məşhur hakimin iddiasına hələlik baxılıb qərar çıxarılmayıb.
Siyasi xarakterli bir çox işlərdə hakimlik etmiş Ə.Seyidovun son iş yeri Bakı Ağır Cinayətlər Məhkəməsi olub. O, əvvəllər Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində də işləyib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb