SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qadına qarşı daha bir şiddət: - ər arvadına 4 bıçaq vurdu

Qadına qarşı daha bir şiddət: - ər arvadına 4 bıçaq vurdu

Tarix:

28-02-2020, 08:51

/ 785 dəfə oxundu.
Qadına qarşı daha bir şiddət: - ər arvadına 4 bıçaq vurdu

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb.

Rayon sakini, 39 yaşlı Vüqar Zeynalov həyat yoldaşı, 37 yaşlı Aytən Zeynalovanı bıçaqlayıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadına dörd bıçaq vurulduğu məlum olub. Hazırda vəziyyəti orta - ağırdır.

Hadisəni törədən V. Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ