27 yaşlı gənc bibisi tərəfindən bıçaqlandı
Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında rayonun mərkəzi hissəsində baş verib. Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Cavid Fəzail oğlu bibisigilə qonaq gəlib. 27 yaşlı gənc mübahisə zəminində elə öz bibisi tərəfindən bıçaqlanıb.
Bibisinin evinə qonaq gedən Cavid Qasımov səhər saat 05:00 radələrində həmin evi qarət etmək istəyib.
Bu məqsədlə o maskalı vəziyyətdə evdə axtarışlar aparıb. Hadisədən xəbər tutan ev sahibi evinə oğru girdiyini hiss edib və həmin maskalı şəxsi yaxalayıb. Oğrunun başqa şəxs olduğunu zənn edən ev sahibi maslkalı şəxsi bıçaqlayıb.
Bədəninin müxtəlif yerlərindən 3 bıçaq zərbəsi alan C.Qasımov təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Yaralının vəziyyəti ağırdır və o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən qadın saxlanılaraq istintaqa təhvil verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?