SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda “Vor Mahir” ləqəbli narkotacir həbs edilib

Bakıda “Vor Mahir” ləqəbli narkotacir həbs edilib

Tarix:

6-02-2020, 14:23

/ 1 146 dəfə oxundu.
Bakıda “Vor Mahir” ləqəbli narkotacir həbs edilib

Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Qobustan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan daha bir şəxsi saxlayıb...
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbəsində yaşayan paytaxt sakini Mahir Yüzbəyov saxlanılıb. Onun mənzilinə baxış keçirilən zamanı ev sahibinə məxsus ümumi çəkisi 540 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı M.Yüzbəyovun bir neçə gün əvvəl Qobustan rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan Elman Nərimanova da narkotik vasitələr satdığı məlum olub.

Qeyd edək ki, Mahir Yüzbəyov yaşadığı Qobustan qəsəbəsində “Vor Mahir” ləqəbi ilə tanınır. Saxlanılan şəxs ifadəsində yaşadığı qəsəbədə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ