Bakıda polislər “Nazlı”nı tutdu
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, üzərində narkotik vasitə saxladığına görə paytaxt sakini Abdulla Salmanov saxlanılıb.
Şəxsi axtarış aparılan zaman 0,175 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs heroini Bakıxanov qəsəbəsində “Nazlı” kimi tanıdığı narkotacirdən alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs, əvvəllər məhkum olunmuş paytaxt sakini Nəzakət Rzayeva tutulub. Onun yaşadığı evə baxış zamanı 1 kiloqranm 256 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. N.Rzayeva narkoik vasitələrin satışı ilə məşğul oluduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...