XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Balakəndə 61 yaşlı kişi 4 ailə üzvünə qisas zəminində atəş açıb

Balakəndə 61 yaşlı kişi 4 ailə üzvünə qisas zəminində atəş açıb

Balakəndə 61 yaşlı kişi 4 ailə üzvünə qisas zəminində atəş açıb
19-12-2019, 10:27

Balakən rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı cinayət işi başlanılıb.

Hadisə dekabrın 18-də saat 19 radələrində, rayonun Yeni Şərif kəndində baş verib.

Belə ki, 1958-ci il təvəllüdlü Bağırov Məhəmməd Əhməd oğlu ailə münaqişəsi zəminində oğlu, 1985-ci il təvəllüdlü Bağmanov Əhmədov Məhəmməd oğlundan qisas almaq məqsədi ilə yaşadığı evdən ov tüfəngini götürüb, içərisinə 1 ədəd qırmalı patron yerləşdirərək bir dəfə atəş açıb.

Nəticədə Ə.Bağmanov sağ üz nahiyyəsindən güllə yarası alıb. Bundan başqa, hadisə zamanı Ə.Bağmanovla birgə masa ətrafında əyləşən bacısı, 1980-ci il təvəllüdlü Anarəcəbova Məryəm Məhəmməd qızı, anası, 1968-ci il təvəllüdlü Bicilova Havva Abbas qızı və qızı 2018-ci il təvəllüdlü Bağmanova Xədicət Əhmədov qızı yaralanıb. Yaralılar Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə baxış keçiirlib və faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürmətə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, zəruri ekspertizalar təyin edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.