SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qusarda 8 nəfər “Rollton”dan zəhərləndi

Qusarda 8 nəfər “Rollton”dan zəhərləndi

Tarix:

16-12-2019, 11:57

/ 1 315 dəfə oxundu.
Qusarda 8 nəfər “Rollton”dan zəhərləndi

Bu gecə Qusar rayonunda daha bir ailəvi zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo”ya istinadən xəbər veririk ki, dekabrın 15-i saat 22 radələrində Qusar şəhər sakinləri, 1972-ci il təvəllüdlü Zaryat Mövlanova, onun 12 yaşlı oğlu Zamir və onlara qonaq gəlmiş, 1967-ci il təvəllüdlü Xəyalə Nuraliyeva evdə yedikləri “Rollton” supundan zəhərləniblər.
Zəhərlənən şəxslər dekabrın 16-ı gecə saat 01 radələrində xəstəxanaya müraciət ediblər, hazırda vəziyyətləri yaxşıdır. Faktla bağlı araşdırma aparılır.

Səhiyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Qusarın Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Şərhlər

XƏBƏR LENTİ