XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Beylaqanda silahlı insident - Ölən var

Beylaqanda silahlı insident - Ölən var

Beylaqanda silahlı insident - Ölən var
6-04-2017, 10:28

Beyləqan rayonunda güllələnmə hadisəsi baş verib.
Beyləqan rayon prokurorluğundan verilən məlumata görə, hadisə rayonun SMD-4 qəsəbəsində baş verib. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Zalov Malik Əbdülhüseyn oğlu küçədə odlu silahla güllələnib. Yaralı ağır vəziyyətdə Beyləqan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1958-ci il təvəllüdlü Mirzəyev Nadir Qəzəb oğlu saxlanılıb.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cintayət işi başlanıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.