XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Qubada narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb

Qubada narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb

Qubada narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb
10-12-2019, 11:01

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar, 37 yaşlı Xalid Hacızadə və 29 yaşlı Cəbrayıl İlyasov saxlanılıblar. Saxlanılan zaman hər iki şəxsin üzərindən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı X.Hacızadə və C.İlyasov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduqlarını, narkotikləri isə X.Hacızadənin kirayə yaşadığı evdə saxladıqlarını etiraf ediblər. Polis əməkdaşları tərəfindən qeyd edilən evə keçirilən baxış zamanı isə oradan qabaqcadan satış üçün hazırlanmış bükümlərdə olan küllü miqdarda metamfetamin və heroin, eləcə də kibrit qutularında olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Qubada narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.