XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Rusiyada azərbaycanlı gənci öldürüb meyitini yandırdılar

Rusiyada azərbaycanlı gənci öldürüb meyitini yandırdılar

Rusiyada azərbaycanlı gənci öldürüb meyitini yandırdılar
11-06-2019, 15:44

Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib.

Modern.az-a istinadən xəbər veririk ki, 30 yaşlı Elmir Əhmədovun cəsədi gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində “Qazel” markalı avtomobildə aşkar olunub.

“Qazel” yandığı üçün Elmir Əhmədovun cəsədi tanınmaz hala düşüb. Onun öldürüldükdən sonra avtomobilinə od vurulduğu ehtimal olunur.

Hazırda Samara Prokurorluğu faktla bağlı araşdırma aparır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.