Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev hadisə barədə açıqlama verib. O, İsrafil Hüseynov boru düzən gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdar olduqlarını açıqlayıb: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda “Saipem” şirkətinə icarəyə vermişik. Qəza baş verən ərazidə həmin şirkətin nümayəndələri çalışırlar. Bütün məlumatlar və ya işçilərin xəsarət alıb-almaması ilə bağlı məlumatları həmin şirkətdən ala bilərsiniz".
xxx
22:11
Xəzər Dəniz Neft Donanmasının "İsrafil Hüseynov” adına gəmisində yanğınla müşahidə olunan partlayış baş verib.
Hadisə nəticəsində 13 nəfər yaralanıb.
Məlumata görə, hadisə gəmidə qaynaq işləri aparılarkən baş verib.