Gəmidəki partlayışla bağlı açıqlama - 14 nəfər xəstəxanadadır
“Saipem” şirkəti dünən “İsrafil Hüseynov” gəmisində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Partlayışda yaralanan 14 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb:
"Təəssüf ki, dünən saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən bədbəxt hadisə nəticəsində yanğın hadisəsi olub. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hazırda "Citadel" gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılıblar. Yaralananlar dərhal Mərkəzi Nefçilər Xəstəxanasına yerləşdirilib. “Saipem” şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq. Baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur