Gömrük rəisinin qardaşının evi basıldı - MASKALILAR KÜLLİ MİQDARDA PUL APARIB
Gəncə şəhərində maskalı şəxslər evə basqın edib.
Gununsesi.org-un xəbərinə görə, cinayət hadisəsi Gəncənin “Mahrasa bağı” yaşayış massivində, Mikayıl Müşfiq küçəsində qeydə alınıb.
Belə ki, iki maskalı şəxs həmin ünvanda yerləşən fərdi evə basqın edərək onun sahibi Samir Müstafayevdən pul tələb ediblər və müəyyən məbləğ aldıqdan sonra hadisə yerindən qaçıblar.
İddiaya görə, quldurluq cinayətini törədənlər külli miqdarda pul aparıb.
Hadisə ilə bağlı polisə məlumat verilib, hər iki şəxsin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, zərərçəkmiş Gəncə şəhərində fəaliyyət göstərən “Delfin” marketlər şəbəkəsinin sahibidir.
Gununsesi.org-un araşdırmasına görə, Samir Mustafayev Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Süleyman Mustafayevin qardaşıdır.
Görünür, adıçəkilən şəxslərin böyük imkanlara maik olması cinayətkar dəstənin diqqətindən yayınmayıb.
Cinayətlə bağlı əməkdaşımız Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovla əlaqə saxlasa da lakin polis rəisi bu barədə danışmaqdan imtina edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...