Şirvanda maskalı şəxslər evə basqın edib
Şirvanda evə basqın edən şəxslər tutulub.
Şirvan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də gecə saat 01.00 radələrində mənzillərdən birinə basqın edərək pul və qızıl üzük aparan şəxslər saxlanılıb.
İstintaqla müəyyən edilib ki, naməlum şəxslər Şirvan şəhər sakini, 79 yaşlı Xudaverdiyev İnqilab Əsgər oğlunun yaşadığı evə basqın edərək ev sahibinin ağzını, əllərini və ayaqlarını yapışqanla bağlayıb, sonra onu döyüb, evdən 2200 manat pul və qızıl üzük götürərək hadisə yerindən qaçıblar.
Həyata keçirilən tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinənlər - Şirvan sakinləri, 1983-cü il təvəllüdlü Baxşıyev Baxış Şirindil oğlu, 1985-ci il təvəllüdlü Əhmədov Elsevər Elman oğlu və əvvəllər məhkum olunan, 1977-ci il təvəllüdlü Məmmədov Rüstəm Yavər oğlu tutulublar.
İstintaqla müəyyən edilib ki, basqınında iki nəfər iştirak edib. Üçüncü şəxs isə basqın anında ev sahibinin oğlunu evdən yayındırmaq üçün restorana aparıb və orda yeyib-içiblər.
Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...