SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Rusiyada azərbaycanlı biznesmen saxlanıldı

Rusiyada azərbaycanlı biznesmen saxlanıldı

Tarix:

27-12-2017, 11:43

/ 1 279 dəfə oxundu.
Rusiyada azərbaycanlı biznesmen saxlanıldı

Sankt-Peterburqda avtobus sürücüsünü bıçaqlayaraq yaralayan Azərbaycan vətəndaşı cinayət-axtarış bölməsinin əməkdaşlarının operativ axtarış tədbirləri nəticəsində bu gün səhər saat 5:00 radələrində saxlanılıb
Bu barədə Rusiya DİN-nin rəsmi nümayəndəsi İrina Volk bildirib.
Məlumata əsasən, hazırda o, polis əməkdaşları tərəfindən dindirilir.
Xatırladaq ki, dekabrın 25-də 44 yaşlı Azərbaycan vətəndaşı Əlizadə Mustafayev münaqişə nəticəsində məktəbliləri, eləcə də, onların valideynləri və müəllimlərini daşıyan avtobus sürücüsünü bıçaqlayaraq hadisə yerindən qaçıb.

***

10:44

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Sankt-Peterburqda uşaqları daşıyan avtobusun sürücüsünə bıçaq zərbələri endirərək,onu ağır yaralamış Azərbaycan vətəndaşı Əlizadə Mustafayev barəsində başlanmış cinayət işini Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin şəxsi nəzarəti altına götürüb.
Bu barədə Rusiya İstintaq Komitəsinin məlumatına əsasən xəbər veririk.
Xatırladaq ki, dekabrın 25-də 44 yaşlı Azərbaycan vətəndaşı münaqişə nəticəsində məktəbliləri, eləcə də, onların valideynləri və müəllimlərini daşıyan avtobus sürücüsünü bıçaqlayaraq hadisə yerindən qaçıb.
Hadisə zamanı Mustafayevin həyat yoldaşı da yanında olub.

Şərhlər

XƏBƏR LENTİ