Biznesmen Mustafayev “Range Rover”lə avtobusun qarşısını kəsdi, sürücünü bıçaqladı - FOTO
Rusiyanın Sankt-Peterburq şəhərində uşaqları daşıyan avtobusun sürücüsü “Range Rover”lə hərəkət edən azərbaycanlı tərəfindən bıçaqlanıb. “Range Rover” sürücüsü ondan irəlidə gedən avtobusun sürücüsünün manevrlərindən qəzəblənib və sürücünü öldürməyi qərara alıb.
Nevsk rayonu, Oktyabrsk küçəsi, 63 nömrəli binanın qarşısında “Range Rover” avtobusun qarşısını kəsib, prestijli xarici avtomobilin sürücüsü avtobus sürücüsünü sükan arxasından dartıb çıxarıb və ona bıçaqla iki zərbə endirib. Avtobos məktəbəliləri Peterburqun “Su muzeyi”indən Leninqrad vilayətinin Kirovsk rayonuna geri qaytarırmış. Və azərbaycanlının sürücünü bıçaqlaması məktəblilərin gözü qarşısında baş verib. İnsident zamanı avtobusda Kirovsk şəhərinin 1 nömrəli orta məktəbinin 24 şagirdi olub.
Avtobusun sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onu bıçaqlayan azərbaycanlının kimliyi müəyyən edilib, polis həmin şəxsi axtarır. Məlumata görə “o898mo78” nömrə nişanlı, şabalıdı rəngli “Range Rover” Peterburqun 44 yaşlı sakini Mustafayevə məxsusdur. O, Leninqrad vilayətinin Vıborsk rayonunun Yaşino qəsəbəsind qeydiyyatdadır. Fərdi sahibkarlıqla, bəzi məlumatlara görə yükdaşımalarla məşğuldur, onun adına 20-dən çox aztonnajlı yük avtomobili qeydiyyatdadır. Habelə Mustafayev metal tullantıları və təkrar emal materiallarının ticarəti ilə də məşğuldur. 2009-cu ildə Rusiya vətəndaşlığı alıb və müntəzəm olaraq Azərbaycana uçur. 

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır