SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda avtomobil yaşlı qadını vuraraq öldürüb

Bakıda avtomobil yaşlı qadını vuraraq öldürüb

Tarix:

5-12-2017, 10:11

/ 1 305 dəfə oxundu.
Bakıda avtomobil yaşlı qadını vuraraq öldürüb

Paytaxtın Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1962-ci il təvəllüdlü Sadıqova Aidə Müzəffər qızı Bakıxanov qəsəbəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ