XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Məşhur "qanuni oğru" sərhəddə Azərbaycan pasportu ilə tutuldu

Məşhur "qanuni oğru" sərhəddə Azərbaycan pasportu ilə tutuldu

Məşhur "qanuni oğru" sərhəddə Azərbaycan pasportu ilə tutuldu
28-08-2017, 16:04

Rusiya ilə Gürcüstan arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsini saxta sənədlərlə keçmək istəyən gürcü "qanuni oğru” tutulub.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsindən verilən məlumata görə, o, gürcü kriminal aləminin tanınmış liderlərindən biridir.

Saxlanılan şəxsin pasport nəzarətindən keçən zaman Rusiya xarici pasportunu təqdim etdiyi bildirilir. Sərhədçilərin sənədlərlə bağlı suallarını görüncə, o, daha bir pasport çıxarıb. Həmin pasportda isə onun Azərbaycan vətəndaşı olduğu qeyd olunub. Bundan başqa onun üzərində bir neçə saxta sənəd də aşkarlanıb.

Sərhədi saxta sənədlə keçmək istəyən Gürcüstan vətəndaşını təhqiqatçılar tərəfindən saxlanılıb. Onun dəfələrlə cinayət törətdiyi və daha əvvəl də azadlıqdan məhrum edildiyi məlum olub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.