Ən nüfuzlu “qanuni oğru” azadlığa çıxır - Birincilik mübarizəsi başlayır
Kriminal aləmin ən nüfuzlu “qanuni oğru”su, “Taro” ləqəbli” Tariel Muluhov (Oniani) aprelin 9-da azadlığa çıxacaq.
“Rosbalt” agentliyinə istinadən verdiyimiz xəbərə görə, 2010-cu ilin iyulunda Moskvanın Xamovniçeski məhkəməsi 61 yaşlı Onianini insan oğurluğu və dələduzluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. “Taro” 2019-cu ilin iyununda azadlığa çıxmalı idi. Lakin hələ 2017-ci ildə “qanuni oğru” məhkəmə yolu ilə cəzasını 9 il 10 ay müddətinə azaltmağa nail ola bilib.
Nəşrin məlumatına görə, Federal Penitensiar Xidmət (FSİN) məhkəməyə müraciət edərək kriminal avtoritet azadlığa çıxandan sonra onun üzərində inzibati nəzarət qoyulmasını, eləcə də iki aydan bir yaşayış yeri üzrə daxili işlər orqanlarında qeydiyyatdan keçmək və saat 22:00-dan səhər saat 06:00 qədər evdən kənara çıxmamaq öhdəliyi qoyulmasını tələb edib.
FSİN isə bildirib ki, “Taro” həbs müddətində qaydaları 253 dəfə pozub. Buna görə, onu 2 dəfə karserə salıblar, 8 dəfə izolyator ilə cəzalandırıblar.
Nəşr qeyd edir ki, gürcü əsilli Oniani sərbəst buraxıldıqdan sonra oğru dünyasında birinci yer uğrunda mübarizə başlayacaq.
O, İspaniya hüquq-mühafizə orqanları tərəfindən “pul yuyulması”na və cinayətkar qruplaşma yaratmağa görə axtarışa verilib. Mənbələr şübhə edirlər ki, “qanuni oğru” ispan ədalətinin əlinə düşə bilər. Onar güman edirlər ki, Oniani Gürcüstana deportasiya oluna bilər. O isə böyük ehtimalla oradan Türkiyəyə keçəcək.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır