XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Rusiyada qatarlar toqquşdu: 42 vaqon relsdən çıxdı

Rusiyada qatarlar toqquşdu: 42 vaqon relsdən çıxdı

Rusiyada qatarlar toqquşdu: 42 vaqon relsdən çıxdı
22-12-2024, 16:30

Rusiyanın Baykal dəmir yolunda daş kömürü dolu iki yük qatarı toqquşub.

Bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğundan məlumat verilib.

Məlumata görə, toqquşma nəticəsində qatarların birinin 35, digərinin isə 7 vaqonu relsdən çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.