Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub

Tailandın cənubundakı Narathivat əyalətində baş verən silahlı hücum nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub, ikisi uşaq olmaqla 6 dinc sakin isə yaralanıb.
Bu barədə Tailand Silahlı Qüvvələrinin Daxili Təhlükəsizliyin Təminatı üzrə Əməliyyatlar Komandanlığı məlumat yayıb.
Hərbçilərin məlumatına görə, çərşənbə günü axşam saatlarında 10-a yaxın silahlı şəxs yol yaxınlığındakı nəzarət-buraxılış məntəqəsini atəşə tutublar. Onlar hücum zamanı əldəqayırma partlayıcı qurğulardan da istifadə ediblər.
Hücum nəticəsində Tailand təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub, 6 dinc sakin, o cümlədən 3 yaşlı qız və 10 yaşlı oğlan yaralanıb.
Hücumdan sonra cinayətkarlar 3 ədəd "AK-47" avtomatı, 3 zirehli gödəkçə və bir neçə mobil telefon götürərək hadisə yerini tərk ediblər. Təhlükəsizlik qüvvələri hadisə yerindən təxminən 21 kilometr aralıda hücum zamanı istifadə edilmiş və daha sonra yandırılmış pikap aşkar ediblər. XalqXeber.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var