Rusiyada qatarlar toqquşdu: 42 vaqon relsdən çıxdı

Rusiyada qatarlar toqquşdu: 42 vaqon relsdən çıxdı Rusiyanın Baykal dəmir yolunda daş kömürü dolu iki yük qatarı toqquşub.

Bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğundan məlumat verilib.

Məlumata görə, toqquşma nəticəsində qatarların birinin 35, digərinin isə 7 vaqonu relsdən çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Geri qayıt