“Nəzrin məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb...”
Biləsuvar rayonunda masaj edilərkən ölən iki yaşlı Nəzrinin babası baş verən hadisədən danışıb.
“Bizim.media”ya açıqlama verən Mirkərim Qubadov uşağın çarmıxa çəkildiyini iddia edib: “Birinci seansdan sonra səhərə qədər yatmayan uşağı ikinci dəfə sınıqçıya aparıblar. Uşaq məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb. Bu, masaj deyil, kiminsə sözünə uyub apardılar onun yanına”.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
Qeyd edək ki, hadisə sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kəndində baş verib. Kənddə sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova 2 yaşlı N. Qubadlının sümüklərini masaj edərkən azyaşlı ölüb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var