XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Şuşaya işləməyə gedən 2 nəfər avtomobil qəzasında xəsarət alıb

Şuşaya işləməyə gedən 2 nəfər avtomobil qəzasında xəsarət alıb

Şuşaya işləməyə gedən 2 nəfər avtomobil qəzasında xəsarət alıb
8-07-2024, 08:31

 Gəncə və Qazax sakinləri avtomobil qəzasında xəsarət alıblar.

“Report”un Qərb bürosunun məlumatına görə, minik avtomobili traktorla toqquşub.

Nəticədə minik avtomobilində olan Şuşa şəhərinə çalışmağa gedən Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü P.Əliyev və Qazax rayon sakini 2001-ci il təvəllüdlü B.Bayramov xəsarət alıblar.

Onlar Gəncə şəhərindəki xəstəxanlardan birinə yerləşdirilib. Hər ikisinin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.